Texasda dünyanın ilk 3D çaplı oteli açılacaq

Texasda dünyanın ilk 3D çaplı oteli açılacaq<span class="qirmizi"></span>

Texasda dünyanın ilk 3D çaplı otelinin tikintisi başa çatmaq üzrədir.

Publika.az xəbər verir ki, bu barədə "DailyMail" məlumat yayıb. Obyektin dizaynerləri səhra və kosmosun mənzərəsindən ilhamlanıb.

Bildirilib ki, bir neçə binadan ibarət oteldə hovuz, spa və incəsənət studiyası olacaq. Memarların sözlərinə görə, səhra rəng palitrasına bürünmüş otel "dayandığı yerdən doğulmuş" kimi görünəcək.

Otel sahibi Liz Lambertin rəhbərlik etdiyi layihə Icon və dünyaca məşhur memarlıq firması BIG (Bjarke Ingels Group) arasında əməkdaşlıq nəticəsində ərsəyə gəlib. Binada robototexnika, 3D çap və xüsusi proqram təminatından istifadə etməklə əldə edilmiş orqanik döngələr, günbəzlər, tağlar və sütunlar olacaq.

"Həm qonaqları, həm də yerliləri heyran edəcək bir neçə məkan olacaq", - otel sahibi bildirib.

Aytən Məftun

Mənbə: publika.az