Roma papası xəstəxanadan evə buraxılıb

Romadakı Gemelli klinikasında 3 gün müalicə alan Papa Fransisk bu gün evə buraxılıb. AzVision.az xəbər verir ki, bu barədə İtaliyanın “Rai News 24” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Pontifik Roma xəstəxanasına martın 29-da günortadan sonra daxil olub. Həkimlər ona respirator infeksiya diaqnozu qoyublar. Martın 30-da Müqəddəs Taxt-Tacın mətbuat xidməti papanın viruslu bronxitin müalicəsi üçün daha bir neçə gün xəstəxanada qalacağını açıqlayıb.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

İraqı qum fırtınası vurdu

SONRAKI XƏBƏR

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər SAXLANILDI