Ağdam rayonunun Qaradağlı kəndi - FOTO

Ağdam rayonunun Qaradağlı kəndi - FOTO<span class="qirmizi"></span>

Ağdam rayonunun Qaradağlı kəndi Xaçın nahiyəsində, Qarabağ düzündə yerləşir. Əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri zamanı, eləcə də Vətən müharibəsi dövründə dəfələrlə Ermənistan ordusunun hücumlarına, ağır artilleriya atəşinə məruz qalan Qaradağlı kəndi yerlə bir edilərək xarabalığa çevrilib.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

AZƏRTAC erməni vandalizminə məruz qalmış Qaradağlı kəndinin görüntülərini təqdim edir.

Mənbə: www.oxu.az