Üçüncü sinif şagirdi məktəbə qumbara gətirdi - FOTO

Üçüncü sinif şagirdi məktəbə qumbara gətirdi - <span class="qirmizi">FOTO</span>

Rusiyanın Omsk vilayətində 3-cü sinif şagirdi gimnaziyaya qumbara gətirib və onu sinif yoldaşlarına göstərib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2023-cü ilin fevralında doqquz yaşlı gimnaziya şagirdi dərsləri pozduğuna, şagirdlərin diqqətini dərsdən yayındırdığına və digər uşaqları incitdiyinə görə paralel sinfə köçürülüb. Lakin yeni sinifdə oğlanla sinif yoldaşları arasında münaqişələr davam edib.

O, martın 6-da kürək çantasında gimnaziyaya qumbara gətirib. Əvvəlcə partlayıcını heç kimə göstərməsə də, dərslərin birində çıxarıb sinif yoldaşına göstərib. O, sursatın şəklini çəkib anasına göndərib. Ana da digər valideynlərə hadisə barədə məlumat verib.

Gimnaziyaya istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qumbaranı məktəbdən çıxarıblar.

Mənbə: lent.az