Radiasiya yayılmış şəhərə 12 ildən sonra qayıdış icazəsi - FOTO/VİDEO

Radiasiya yayılmış şəhərə 12 ildən sonra qayıdış icazəsi - FOTO/VİDEO<span class="qirmizi"></span>

Yaponiyanın tərk edilmiş Tomioka şəhərinin sakinləri “Fukusima-1” AES-də baş vermiş qəzadan 12 il sonra evlərinə qayıda biləcəklər.

Geri qayıtmaq üçün insanlar nəzərdə tutulan məskunlaşmadan bir neçə gün əvvəl xüsusi ərizələr təqdim etməlidirlər. Hələlik cəmi 54 nəfər, yəni hələ də ərazidə qeydiyyatda olan, lakin qəzadan sonra evini tərk edənlərin təxminən hər 50 nəfərindən biri geri qayıtmaq arzusunu bildirib.

Həmçinin Tomiokanın simvolu hesab olunan və sakura ağacları əkilmiş iki kilometrlik yolun ətrafında da artıq məskunlaşmağa icazə verilir.

Xatırladaq ki, 2011-ci ilin martında sunami nəticəsində “Fukusima-1” AES-də elektrik təchizatı və soyutma sistemləri sıradan çıxmış, nəticədə üç reaktorda nüvə yanacağının əriməsi və partlayışlar baş vermişdi, atmosferə radiasiya yayılmışdı. Buna görə ətraf ərazilərdən on minlərlə insan təxliyə edilmişdi.

 

Mənbə: TASS

Mənbə: www.oxu.az