Urmiyədə jurnalist mükafatını Yol Press media qrupuna təqdim edib

Urmiyədə jurnalist mükafatını Yol Press media qrupuna təqdim edib

Qərbi Azərbaycan vilayətində jurnalist günü münasibətilə keçirilən tədbirdə vilayətin nümunəvi jurnalisti seçilən Murtuza Heydəri mükafatını Yol Press mediasının məsulu olan Bəhram Cavadiyə bağışladığını bildirib.
Fars xəbər agentliyinin məlumatına əsasən Murtuza Heydəri Pana Xəbər agentliyindən reportaj fəaliyyəti bölməsində ən yaxşı jurnalist seçilib.
Murtuza Heydəri 'Jurnalist Günü' münasibətilə Urmiyə şəhərində keçirilən tədbirdə nümunəvi jurnalist mükafatını aldıqdan sonra çıxış edərək heç bir jurnalistin və heç bir media və dərginin yayımının dayandırılmamasına ümidini ifadə edib.

İyulunu 7-də Yol Press saytı açıqlama yayımlayaraq "Yol Press" xəbər və təhlil saytı və "Açıq Yol" dərgisinin fəaliyyətinə və yayımına Ali Milli Təhlükəsizlik Şurası tərəfindən cinayət işi açılması üzrə Urmiyə prokurorluğunun ikinci şöbəsi qadağa qoyulduğunu bildrimişdi.

İranda 8 avqust jurnalist günü kimi qeyd edilir. Həmin gün münasibətilə Urmiyə bələdiyyəsi rəsmiləri tərəfindən keçirilən tədbirdə Qərbi Azərbaycan vilayətinin jurnalistləri şərəfləndirilib.

'Jurnalist Günü' münasibətilə bir sıra jurnalistlər Yol Press media qrupunun ofisinə toplaşaraq media qrupunun əməkdaşlarını təbrik edib bu media qrupunun fəaliyyətinə qadağa qoyulmasını qınayıblar.
Mərkəzi Nyu Yorkda olan Jurnalistləri Qoruma Komitəsinin (CPJ) hesabatına görə, son 10 ildə İran jurnalistlərin ən çox həbs edildiyi üç ölkə sırasında yer alır. Həmin komitənin hesabatına görə, 2012-ci ilində İran 45 jurnalistin həbs olduğu ölkə kimi təqdim edilir.

Mənbə: www.amerikaninsesi.org