Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı

Təhsil eksperti Kamran Əsədov son 5 il ərzində 7 mindən çox tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olduğunu bildirib.

Sabiq millət vəkili Gülər Əhmədova bu məsələyə münasibətini bildirib və təqdirəlayiq addım atıb.

O, “Savadlı Gələcək Naminə” adlı səhifə yaradaraq insanları imkansız tələbələrə dəstək olmasına çağırıb:

“Təhsil haqqını ödəyə bilməyən 7000 tələbə təhsildən imtina edib. İlk baxışdan adi xəbərdir.Lakin bu dövlətin və xalqın gələcəyi üçün çox böyük problemdir.

Başa düşənlər bilir ki, nəyi nəzərdə tuturam. Nə qədər çox savadsız olsaq, bir o qədər bizi idarə etmək asan olacaq.

Mən bu səhifəni yaratdım ki, bu 7000 gələcək potensial işıq və ya zülmət daşıyacaq gənclərə kömək olaq! Təhsil haqqını ödəməyə kömək istəyənlərə və kömək edənlərə yardımçı oldum. İnşAllah 50 milyonluq xalq 7000 gəncini gələcəyini təhsilli edər!”

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Ağstafada minik avtomobili yoldan çıxaraq aşıb

SONRAKI XƏBƏR

Coratda batan şəxsi xilas etdilər