Azərbaycanda modern ailə dəyərləri - Aynur Sofiyeva...

Azərbaycanda modern ailə dəyərləri  - Aynur Sofiyeva...

“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi dövlət ailə siyasətini dəstəkləyərək mütəmadi olaraq Azərbaycan ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində layihələr həyata keçirir, ailə modellərinin araşdırılması məqsədilə araşdırmalar, elmi-sosioloji təhlillər aparır.

Belə layihələrdən biri 2018-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə geniş ictimaiyyətə təqdim olunan “Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili” adlı layihədir.

Həmin layihə çərçivəsində ictimai birliyin sədri Cəmilə Çiçəyin müəllifliyi ilə “Ailə dəyərlərini simvollaşdıran kultlar” kitabı nəşrə hazırlanaraq çap edilmişdir.

Bildiyimiz kimi, bu mövzuda geniş oxucu kütləsinin diqqətinə çatdırılan “Modern Azərbaycan ailə modeli” elmi-kütləvi məqalələrdən ibarət yeni kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, “Zəka İşığında” İctimai Birliyinin həyata keçirdiyi "Modern Azərbaycan ailə modelinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin təşkili" adlı aktual yeni layihə çərçivəsində hazırlanaraq nəşr olunur.

Müstəqil dövlətimiz milli-mənəvi, etik-modern dəyərlərimizə böyük sayğı və ciddi maraqla yanaşır, bu dəyərlərin gələcək nəsillərə çatdırılması üçün gərəkli addımlar atanları hər zaman dəstəkləyir. Biz bir xalq olaraq soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlılığımızı qoruyub saxlamaq imkanını qazandığımıza görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dövlətimizə hər zaman güvənə bilərik.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət ailə siyasətini həyata keçirən qurum olaraq bu istiqamətdə fəaliyyət göstərən ictimai birlikləri, QHT-ləri hər zaman dəstəklədiyimiz kimi, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyini də dəstəkləyir və gələcək fəaliyyətində uğurlar arzu edirik.

Aynur SOFİYEVA

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini

Mənbə: moderator.az