Sumqayıtda bu binanın sakinləri şəraitsizlikdən şikayətlənirlər... - VİDEO (FOTO)

Sumqayıtda bu binanın sakinləri şəraitsizlikdən şikayətlənirlər... - VİDEO (FOTO)

"Xəstə övladımla kirayələrdə yaşadığım üçün keçmiş icra başçısı 2011-ci ildə mənə burada yaşamağa otaq ayırdı. Qaçqınlar bu binaya yerləşəndə bina yarımtikili vəziyyətdə olduğundan, dam örtüyü tam vurulmayıb və yağış suları evin içinə tökülür. Bu da yaşadığımız otaqlarda rütubəti və nəmi artıraraq binanın divarlarında da çatlar əmələ gətirib. Qaçqınlarla birlikdə belə qəzalı şəraitdə olan binada yaşadığımı dəfələrlə aidiyyatı qurumlara bildirmişəm, lakin hələ də baxan olmayıb. Bina ümumilikdə qəzalı vəziyyətdədir. Qonşuların da evlərində dəfələrlə divarların uçması hadisələri baş verib.”

Bu sözləriXeberle.com-a Sumqayıt şəhər 16-cı mikrorayon 106 saylı binanın sakini Ludmila Şahmuradova deyib. O, bildirib ki, onunla yanaşı binada Zəngilan rayonundan məcburi köçkün düşmüş 38 ailə də yaşayır. Onun sözlərinə görə, dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də yaranan problemin aradan qalıdırlması istiqamətində heç bir tədbir görülməyib".

Məsələ ilə bağlı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumun sözçüsü Xəqani Həşimov Xeberle.com-a bildirdi ki, binanın yerləşdiyi ərazi onların balansında olmayıb və bu binalar yaxınlarda qurumun tabeliyinə verilib: "Sözügedən əraziyə baxış keçirilib və müvafiq tədbirlər görüləcək".

Xədicə Səxavətqızı

Xeberle.com

Sumqayıtda bu binanın sakinləri şəraitsizlikdən şikayətlənirlər... - VİDEO (FOTO)

Sumqayıtda bu binanın sakinləri şəraitsizlikdən şikayətlənirlər... - VİDEO (FOTO)

Mənbə: xeberle.com