“Polis əməkdaşları bu müraciətləri qulaqardına vurur”  - VƏKİL HƏYƏCAN TƏBİLİ ÇALDI

“Polis əməkdaşları bu müraciətləri qulaqardına vurur”  - VƏKİL HƏYƏCAN TƏBİLİ ÇALDI

“Məişət zorakılığı sahəsində ciddi problemlər hələ də qalmaqdadır. Zorakılığa məruz qalan şəxsin hüquq-mühafizə orqanlarına etdiyi müraciətlər səmərəsiz qalır, polis əməkdaşları bu tip şikayətləri qulaq ardına vurur, ailə məsələsidir deyə başdan edirlər”.

Cebhe.info xəbər verir ki, bunu vəkil Fariz Namazlı deyib.

Onun sözlərinə görə, magistratura oxuyan zaman polis idarələrinin birində müstəntiq köməkçisi idim, bu tip şikayətlərin əksəriyyətinin sonu barışıqla bitirdi:

“Bir şilləyə polisə qaçan qadınlar sonradan təzyiqlər və təpgilər nətisəsində şikayətini geri götürməyə məcbur olurdu. Ailədə söz-söhbət olar deyə beynimizə yeridilən fikirlərə görə bu tip xırda göstəriləm hadisələr yekunda daha ağır, faciəli nəticəyə çevrilir.

Bir dəfə yazmışdım, mənə müraciət edən qadınlardan biri zorakılığa məruz qalmışdı, şikayətini geri götürdü, sonradan əri tərəfindən qətlə yetirildi. Bu tip hadisələr həmişə xırda, əhəmiyyətsiz görünən (o cür nəzərdə tutulan) şeylərlə başlar. Elə əvvəlcədən o xırda problemi həll etmək lazımdır ki, yekunda faciə yaranmasın”.

Alçina Amilqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info