Kimyaçı alimin biblioqrafik göstəricisi çapdan çıxıb

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən “Keykavus Yusif oğlu Əcəmov” biblioqrafik göstərici nəşr etdirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, kitabda kimya elmləri doktoru, professor, Əməkdar müəllim, Amerika Kimya-Mühəndisləri İnstitutunun fəxri üzvü Keykavus Əcəmovun həyat və fəaliyyəti barədə oçerk, alimin elmi əsərlərinin biblioqrafik siyahısı, dərslik və dərs vəsaitlərinin, monoqrafiyalarının adları və s. verilib.

Biblioqrafik göstəricidə, həmçinin professor Keykavus Əcəmovun həmkarlarının onun haqqında ürək sözləri yer alıb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ağ Evdə çalışan xanımla seks qalmaqalı - Əvvəl kabinetdə, sonra...

SONRAKI XƏBƏR

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib