6 ildən sonra komadan ayılıb “səni sevirəm” – dedi

Çinin Hubey əyalətində komada olan kişi 6 ildən sonra ayılıb.

“Qafqazinfo” xəbər verir ki, həkimlər 2013-cü ildə motosiklet qəzasına düşərək beyin sarsıntısı keçirən Li Zhihuanın oyanmaq ehtimalının çox az olduğunu bildiriblər.

Buna baxmayaraq, komaya düşən kişinin arvadı Zhan Quihuan ümidini itirməyib və 6 il ərzində ərinin yanından ayrılmayıb.

Maraqlıdır ki, komadan ayıldıqdan sonra Li Zhihuanın ilk sözü xanımına “Səni sevirəm” demək olub. Həkimlərin sözlərinə görə, qadının mütəmadi olaraq əri ilə danışması kişinin sinir sisteminə müsbət təsir edib

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

İlqar Məmmədov: "Rədd olub getmisən, imkan ver adamlar öz ölkələrinə sahib çıxsınlar"

SONRAKI XƏBƏR

Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Qırğızıstan yığması ilə birgə hazırlaşır