Səbail rayonunda 6 ayın yekunları müzakirə olunub

Səbail rayonunda ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub.

REAL xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı 31 iyul 2019-cu il tarixində keçirilmiş müşavirədə ölkə başçısının giriş və yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 24.08.2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2019-cu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Tədbirdə RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri, məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov açaraq, 31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin icra edildiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin müsbət olduğunu, vətəndaşların rifahı, onların yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını, bu il minimum əməkhaqqının təxminən 2 dəfə 130 manatdan 250 manata, pensiyaların 116 manatdan 200 manata qaldırıldığını, sosial müavinətlərin təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırıldığını, problemli kreditlərlə bağlı olan məsələnin öz həllini tapdığını dövlət başçısının vurğuladığını qeyd edib.

Daha sonra RİH başçısı Vuqar Zeynalov rayon ərazisində gedən abadlıq-quruculuq işlərindən söz açaraq bildirib ki: “Qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin rayonun digər sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir”.

Yığıncaqda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şixəmmədov, Səbail Bələdiyyəsinin sədri Səmədağa Aslanov, Səbail rayon Su Kanal İdarəsinin rəisi Rauf Osmanov və RİHB-nın Badamdar qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Abbasov çıxış ediblər.

Tədbirə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Köçəryan üçün son ümid: Avropa onu xilas edəcək?

SONRAKI XƏBƏR

Rusiya "Gürz"lərini nümayiş etdirdi - VİDEO