Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin işçisi xəsarət aldı - YENİLƏNİB

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin işçisi xəsarət aldı - <span class="qirmizi">YENİLƏNİB </span>

Tərtərdə sursatın partlaması nəticəsində tikinti şirkətinin əməkdaşı xəsarət alıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Çaylı kəndi ərazisində tikinti şirkətlərinin birində çalışan, Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Əsgərov Mənsim Həsən oğlu kanal tikintisində işləyən zaman ərazidə olan sursatın partlaması nəticəsində sol əl nahiyəsindən xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, 2023-cü il 27 may tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.

Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Həyatı təhlükəsi yoxdur.

Mənbə: qafqazinfo.az