Sabiq nazirlə məşhur aparıcı 35 min manat qrant uddular

Sabiq nazirlə məşhur aparıcı 35 min manat qrant uddular<span class="qirmizi"></span>

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, qrant müsabiqəsinin qalibləri arasında sabiq rabitə naziri (1992–1997-ci illər) Siruz Abasbəylinin rəhbərlik etdiyi “Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” ictimai birliyi və məşhur aparıcı Lalə Azərtaşın rəhbərlik etdiyi "Cəmiyyətin və Medianın İnkişafı" ictimai birliyi də var.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Siruz Abasbəylinin rəhbərlik etdiyi birliyə 20 000 manat, Lalə Azərtaşın rəhbərlik etdiyi birliyə isə 15 000 manat qrant ayırıb.

Mənbə: www.yeniavaz.com