"Missuridə möcüzə" barədə eşidən minlərlə zəvvar dünyanın hər yerindən buraya axışmağa başlayıb..."
"Rahibənin kiprikləri, saçları, qaşları, burnu və dodaqları parçalanmayıb..."
ABŞ-ın Missuri ştatının balaca Hauer şəhərində Vilgelmina Lankaster bacının, demək olar ki, zədələnməmiş cəsədini eksqumasiya etdikdən sonra minlərlə zəvvar "Missuridəki möcüzəyə" axışıb.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" nəşri yazıb.
Benediktin apostollar kraliçası Mariya bacılarının təsisçisi Vilgelmina Lankaster 2019-cu ili mayında 95 yaşında vəfat edib. Onun cəsədi balzamlaşdırılmayıb, o, taxta tabutda dəfn edilib.
Kilsənin Benedikt bacıları təsisçilər üçün qəbul edilmiş qaydaya görə tabutu öz monastırının səcdəgahına yerdəyişməsi üçün eksqumasiya aparıb. Onlar cəsədin 4 il ərzində parçalanmadığını aşkar edəndə şoka düşüblər.
"Qəbiristanlığın personalı bizə belə şəraitdə yalnız sümükləri gözləməyi deyib, çünki Vilgelmina bacı balzamlanmadan və sadə taxta tabutda dəfn edilib.
Bacılar qazıntıları başa çatdırdıqdan sonra biz onun məzarına yaxınlaşıb dualar oxumaq istəyirdik. Qadın monastırının başçısı Sesiliya ana tabutun qapağında dəfnindən bir az sonra yaranmış çata diqqət çəkib.
O, tamamilə zədələnməmiş, dəfn olunduğu zaman olduğu vəziyyətdə qalıb. O, sevincindən səsini də qaldıra bilməyib, biz növbə ilə mərhumun ayaqlarına toxunanda onlar nəm, amma tam olub", - bacılardan biri deyib.
O, deyib ki, daxilə düşən çirk rahibənin sifət cizgilərini, xüsusilə sağ gözünü bir qədər dəyişib, ona görə də bacılar sifətinə mumdan maska qoyub.
Lakin rahibənin kiprikləri, saçları, qaşları, burnu və dodaqları parçalanmayıb. Bundan sonra kilsə xidmətçiləri mərhumu çirkdən və kifdən təmizlədikdən sonra o, dəfn olunduğu gündə olduğu kimi görünməyə başlayıb.
"Missuridə möcüzə" barədə söz-söhbət bir anın içində bütün dünyaya yayılıb, inanclı insanlar monastıra gəlməyə başlayıb, orada Vilgelmina Lankasterin cəsədi seyr edilməsi üçün qoyulub.
Qərbi Karolina Universitetinin məhkəmə antropologiyasının direktoru, dosent Nikolas Passalakva mərhumun cəsədinin vəziyyətinin olduğu kimi qalmasını bir neçə təbii amillərlə bağlı olduğunu izah edib.
"Bir qayda olaraq, balzamlanma və ya mumiyalaşma kimi konservasiya metodları olmadan insan cəsədi ürək dayanan məqamdan tədricən parçalanmağa başlayır. Ətraf mühitin aşağı temperaturunda bakteriyalar, fermentlər və meyit həşəratlarının fəallığı daha aşağı olur", - professor qeyd edib.
Rahibənin cəsədini mayın 29-dək seyr etmək mümkün olacaq, bundan sonra o, şüşəyə qoyularaq monastırım səcdəgahına köçürüləcək.
Mənbə: moderator.az