Ötən gün ölkədə heç kim vaksin vurdurmayıb - FOTO

Ötən gün ölkədə heç kim vaksin vurdurmayıb - FOTO<span class="qirmizi"></span>

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Ölkə.az" verilən məlumata görə, bu gün heç kim vaksinasiya olunmayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 964 879, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 399, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 738, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 521 pozitiv nəticədən sonra buster doza olunanların sayı 266 221 təşkil edir.

Mənbə: olke.az