Bu ali məktəblərin diplomları tanınmır - Nazirlik

Bu ali məktəblərin diplomları tanınmır -

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasınmasındakı vacib məqamla bağlı çağırış edib. 

TKTA-dan Yenisabah.az-a verilən məlumata görə, daxili akkreditasiyası olmayan ali məktəblərdən əldə olunan kvalifikasiyaların tanınması həyata keçirilmir. 

Qeyd edilib ki, “Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aiddir”. 

 

Mənbə: yenisabah.az