Bu ərazilərdə ev kirayələmək QADAĞAN OLUNDU

Bu ərazilərdə ev kirayələmək QADAĞAN OLUNDU<span class="qirmizi"></span>

İtaliyanın tarixi və turistik şəhərlərindən biri olan Florensiyada yaşayış evlərinin qısa müddətli kirayəsi qadağan edilib.

Publika.az xəbər verir ki, Florensiyanın meri Dario Nardella bu barədə açıqlama verib.

O bildirib ki, Florensiyanın tarixi şəhər mərkəzində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən xüsusi ərazi kimi müəyyən edildiyi üçün yaşayış evlərinin qısamüddətli kirayəsi dayandırılacaq.

İtaliyanın prezidenti Nardella, bu tədbirin məqsədinin "Airbnb" və digər qısamüddətli və tətil yerlərinin Florensiyanın tarixi şəhər mərkəzini bu şəkildə boşaltmasını dayandırmaq və yerli yaşayış ərazilərini qorumaq olduğunu deyib.

Florensiyanın tarixi şəhər mərkəzində hazırda 8500 evin bu şəkildə istifadə edildiyi bildirilir.

Aydan

Mənbə: publika.az