Azərbaycanda nə üçün su qıtlığı yaşanır? - Tanınmış alim HƏQİQƏTLƏRİ AÇIQLADI - VİDEO

Azərbaycanda nə üçün su qıtlığı yaşanır? - Tanınmış alim HƏQİQƏTLƏRİ AÇIQLADI - <span class="qirmizi">VİDEO</span>

"Bizim suyun 70 faizi xarici ölkələrdən gəlir. Həmin ölkələr də kütləvi şəkildə su anbarları tikir. Bu dünyanı həyəcan həddinə gətirən siyasətçilər də günahkardır. Ölkələrə belə bir həyəcan yaradılır və kütləvi şəkildə su anbarları tikilir. Nəticədə bizə gələn su azalır".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Sabah saxlamayaq" verilişində qonaq olan Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh İsmayılov bildirib.

Onun sözlərinə görə, su qıtlığı probleminin çöxyönümlü tərəfləri var: "Buna sadə bir məsələ kimi yanaşmaq olmaz. Problemi həll edərkən ona köklü yanaşmaq lazımdır. Cmaatın üstünə düşmək lazım deyil ki, qənaət etsinlər. Camaat onsuz da qənaət edir. Digət tərəfdən su ehtiyatlarının idarə olunmasında ciddi problemlər var".

Ətraflı videoda izləyə bilərsiniz:

Mənbə: baku.ws