Modelin “başını kəsmək” çağırışı... – Dəhşətli səhnədir

Modelin “başını kəsmək” çağırışı... – Dəhşətli səhnədir<span class="qirmizi"></span>

Çox dəhşətli səhnəni müşahidə edirik: bir qadın bir kişi tərəfindən döyülüb, fakt ictimai müzakirəyə çıxarılıb. Bu məsələ ilə bağlı fikir bildirən insanlar 2 yerə bölünüb: bunu qanunsuz hesab edən, döyənə cəza tələb edənlər və döyənə haqq qazandıranlar, haqq qazandırmaq azmış kimi qadının öldürülməsini, başının kəsilməsini, edam olunmasını istəyənlər tapılır.

Dostoyevskinin “Cinayət və cəza” əsərində Rodion Raskolnikov qoca nənənin qətlinə vicdanı qarşısında bəraət qazandırmağa çalışır. Napoleonu misal gətirərək bütün insanları “haqqı olan” və “titrəyən məxluq”lara bölərək özünə sual verir: “Mən titrəyən məxluqam, yoxsa haqqım var?” Qətldən sonra vicdanı qarşısında cəza çəkir və ölür.

İndi sual verirəm: Azərbaycanda qətllərə, edamlara çağırışlar edən, haqq qazandıran insanlar bunu hansı haqla edir? Kimliyindən asılı olmayaraq insanın həyatına son qoymaq haqqını sənə kim verib? Raskolnikovu heç olmasa vicdanı öldürdü, Azərbaycanda qətllərə, edamlara çağırış edənlərin nə ağılları, nə vicdanları, nə də dəyərləri var.

İnsanın əxlaq norma və prinsipləri olmalıdır, istənilən insana münasibətini öz norma və prinsiplərimə müvafiq müəyyən etməlidir: qarşındakı insan kimdir - vicdanlı, vicdansız, əxlaqlı, əxlaqsız, şərəfli, şərəfsiz və s. Bu subyektiv fikir və yanaşmadır. Amma kiminsə öldürülməsinə çağırış etmək, haqq qazandırmaq heç kimin haqqı və həddi deyil.

Bu, nə qanuna, nə insanlığa sığır.

Mənbə: axar.az