Zaqatalada 52 yaşlı qadın İTKİN DÜŞDÜ

Zaqatalada 52 yaşlı qadın İTKİN DÜŞDÜ<span class="qirmizi"></span>

Mayın 18-də bir neçə dəqiqəliyə evdən çıxan qadın bir daha geri dönməyib.

Bizim.Media-nın yerli bürosu DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupuna istinadən bildirir ki, 52 yaşlı rayon sakini Elmira Pavlovna hava almaq adı ilə evdən çıxıb. Və həmin gündən də geri dönməyib.

İtkin düşdüyü ehtimal edilən qadın haqda Zaqatala rayon polis şöbəsinə onun yaxınları tərəfindən məlumat verilib.

Hazırda qadınla bağlı müvafiq orqanlar axtarış aparır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Mənbə: bizim.media