Heç vaxt mövcud olmayan restoran necə Londonun 1 nömrəsinə çevrildi? - FOTO

Heç vaxt mövcud olmayan restoran necə Londonun 1 nömrəsinə çevrildi? - FOTO<span class="qirmizi"></span>

"Vays Nyus"un yazarlarından Ubah Batler 2017-ci ilin əvvəlində dünyada ən çox istifadə edilən səyahət tövsiyə proqramlarından "trip advisor"da bir restoranı qeydiyyatdan keçirir. Onun bundan sonrakı addımları hər kəsi heyrətə salır.

Ölkə.Az "architecturaldigest.com"a istinadla xəbər verir ki, realda isə belə bir restoran yox idi. Batler daha sonra restoranın vebsaytını hazırlayır, sosial şəbəkə səhifələrini yaradır, restorana isə "The Shed" (talvar-red.) adını verir.

O daha sonra olmayan restoranın sosial şəbəkə səhifələrində paylaşmaq üçün "yemək" fotoları çəkməyə başlayır. Ancaq bu fotolarda yer alanlar da həqiqi yemək olmur.
Məsələn, gözəl yemək təəssüratı yaradan fotolardan birində görülən, əslində, tualet təmizləmək üçün olan kimyəvi həblərdir.


Batler restoranın açıqlama hissəsində "yalnız rezervasiya əsasında xidmət göstərir" qeydini yazır. O, daha sonra dostlarından proqrama daxil olaraq "restoran" haqqında müsbət şərh yazmalarını xahiş edir.

Pozitiv şərhlər artdıqca "The Shed"in "trip advisor"dakı xalı da artır və insanlar rezervasiya üçün zəng etməyə başlayır. Batler zəng edənlərə restoranın tamamilə dolu olduğunu, boş yer tapmaq üçün 6-7 həftə gözləmək lazım gəldiyini deyir.

Bu müddət ərzində restoranın proqramdakı xalı yüksəlir, yeni "yemək paylaşımları ilə populyarlığı artan restoran dildən-dilə düşür. Batler sadəcə yalan danışaraq olmayan restoranı Lononun 1 nömrəsi etməyə nail olur.
O, sonunda "The Shed"ə gəlmək istəyən şəxslərə zəng edərək boş yer açıldığını və gəlmək istəyib-istəmədiklərini soruşur. Hətta bəzi insanlar restorana gəlmək üçün Parisdən yola düşür.


Təbii ki, hələ də ortada restoran yox, evin arxa tərəfində yerləşən kiçik və baxımsız həyət var idi. Batler həyət üçün alışveriş edir, mikrodalğalı soba və qızıdırılıb yeyilməsi mümkün olan hazır yeməklər alır.


Təbii ki, həftələrlə gözlədikdən sonra Londonun bir nömrəli restoranına gələn şəxslər də yeməyin yaxşı olmadığını deməyi özünə sığışdırmır.
Batler müştərilər gələndə onları bu spesifik təcrübə üçün gözləri bağlı şəkildə həyətə aparır. Bir dostu isə "restoran"da diceylik edir, mikrodalğalı sobada qızdırılan yeməklər müştərilərə verilir.


Bu təcrübəni yaşayan qonaqlar əslində olmayan bir restoranda yedikləri hazır yemək barədə bu sözləri deyir:

"Londonun ən yaxşı restoranında bunu təcrübə etmək möhtəşəm idi".

Bu vəziyyət qavrayışın həqiqətlərə necə qalib gəldiyini göstərən ən yaxşı sosial sınaq hesab olunur.

Fidan

 

Mənbə: olke.az