İranda həbs edilən Fəridin anasından SENSASİON açıqlama: “Əgər onu İsrailə casusluqda suçlayırlarsa...”

İranda həbs edilən Fəridin anasından SENSASİON açıqlama: <span class="qirmizi">“Əgər onu İsrailə casusluqda suçlayırlarsa...”</span>

Xəbər verdiyimiz kimi, XİN İranda həbs olunan Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlərin görüldüyü barədə məlumat yayıb.

Görüşlə bağlı yeniliyin olub-olmamasını öyrənmək üçün Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ilə əlaqə saxladıq.

ayxan.jpg (56 KB)

XİN-in sözçüsü Musavat.com-a bildirdi ki, hələlik görüşlə bağlı hər hansı bir məlumat yoxdur:

“Təbrizdəki Baş Konsulluğumuz hər gün Fərid Səfərli ilə maraqlanır. Hazırda səhhəti ilə bağlı narahatlığa əsas yoxdur. Əlavə hər hansı bir yeni məlumat olacağı təqdirdə biz bunu yayacağıq”.

Fərid Səfərlinin anası Dilarə Əsgərova isə saytımıza açıqlamasında qeyd etdi ki, bu gün qeyri-iş günü olduğuna görə birinci gündən rəsmi qurumlara müraciətlər etməyi düşünür:

“Fəridlə görüş üçün Xarici İşlər Nazirliyinə məktub göndərmişəm. XİN mənim müraciətimə görə İran tərəfinə müraciət edib. Lakin qarşı tərəf ona reaksiya vermir. Fəridin mənimlə əlaqə saxlaması üçün telefon nömrəm də göndərilib, amma hələ bizi danışdırmayıblar.

ana.jpg (34 KB)

XİN-dən mənə dedilər ki, konsulluq Fəridlə əlaqə yaradıb, özü deyib ki, yaxşıyam. İnsan özü-özünə yaşıyam deyə bilər, amma həkim rəyi olmalıdır ki, bilinsin yaxşıdır, yoxsa yox. 3 aydır orada psixoloji travma alıb. Günahsız bir adamı salıblar bir otağa ki, sən casussan, hansısa ölkəyə işləyirsən. Mən hələ bilmirəm ki, onu Azərbaycan, yoxsa İsrail casusu kimi tutublar. Əgər onu İsrailə casusluqda suçlayırlarsa, bu, Fərid üçün daha böyük travmadır”.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 26 yaşlı Fərid Səfərli bu il fevralın 20-də sevgilisini görmək üçün Tehrana səfər edib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. Martın 4-dən etibarən onun telefonu sönüb.

Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Ötən 3 ay müddətində Fərid Səfərli İranda itkin düşmüş sayılıb. Rəsmi Tehran çoxsaylı müraciətlərdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin notasına Fərid Səfərlinin İranda “casusluqda ittiham edilərək” həbs olunduğu cavabını verib.

Mənbə: www.musavat.com