Aytən Səfərova şirniyyat mağazasından şikayət etdi

Aytən Səfərova şirniyyat mağazasından şikayət etdi<span class="qirmizi"></span>

Aparıcı Aytən Səfərova şirniyyat satılan mağazalardan birindən şikayətçidir.

Yenilik.az xəbər verir ki, bu barədə o instaqramda paylaşım edib.

Səfərova şirniyyatların yarım gün ərzində artıq kifləndiyini və mağazanın pullarını qaytarmadığını qeyd edib:

"alba_cakes" - bu mağazadan məhsul alanda çox düşünün. Ailəmizin ən yaxın dostlarından biri, uşaqlarımızın kirvəsi bu mağazadan şirniyyat alıb. Yarım gün keçməmiş kif atmağa başlayıb. Nə istidən, nə "təbii" olduğundan! Keyfiyyətsizliyindən və köhnəlməsindən! Nə pulu qaytarırlar, nə üzrxahlıq edirlər. Ayıb olsun!

Mənbə: yenilik.az