Hökumətdən YENİ QƏRAR: Müqəddəs kitab QADAĞAN EDİLDİ

Hökumətdən YENİ QƏRAR: Müqəddəs kitab QADAĞAN EDİLDİ<span class="qirmizi"></span>

ABŞ-nin Yuta ştatında yerləşən məktəblərin birində “İncil” “vulqarlıq və zorakılıq” ehtiva etdiyi bəhanəsi ilə qadağan edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu addım valideynlərdən birinin “Kral Ceymsin Bibliyası”nda uşaqlar üçün yararsız material olduğuna dair şikayətindən sonra atılıb.

Məlumatda kitabın hansı hissəsində “vulqarlıq və zorakılıq” olduğu açıqlanmayıb.

Qeyd edək ki, Yuta hökuməti 2022-ci ildə məktəblərdə “pornoqrafik və zorakılıq” məzmunlu kitabları qadağan edən qanun qəbul edib. İndiyə kimi qadağan olunmuş kitabların əksəriyyəti cinsi oriyentasiya və şəxsiyyət pozuntularına yol verən mövzulara aid olub.

Sadiq Cavadov

Mənbə: yenicag.az