"WhatsApp"da yeni funksiya

"WhatsApp"da yeni funksiya<span class="qirmizi"></span>

"WhatsApp" tərtibatçıları istifadəçilərə iPad-i Android əməliyyat sistemi cihazlarına bağlamağa imkan verəcək yeni funksiya təqdim edəcəklər. iPad-dən əlavə cihaz kimi istifadə etməyə icazə veriləcək.

BAKU.WS-in xəbərinə görə, bu barədə məlumatı "WABetaInfo" portalı yayıb.

Yeni funksiya WhatsApp 2.23.12.12 beta versiyasında artıq mövcuddur və "Google Play"də yükləmək mümkündür.

Qeyd olunur ki, iPad-in əlaqələndirilməsi WhatsApp hesabınızı eyni vaxtda müxtəlif cihazlarla sinxronlaşdırmaq imkanının genişləndirilməsidir.

Çox platformalı hesab dəstəyi ilkin olaraq messencerin iOS versiyasında 2023-cü ilin əvvəlində peyda olub.

Bu, bir əsas cihazı və dördə qədər əlavə cihazı bir hesabla əlaqələndirməyə imkan verir.

Funksiyanın bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı bilinmir.

Mənbə: baku.ws