​​​​​​​Naxçıvanda yeni internat məktəbi tikiləcək

​​​​​​​Naxçıvanda yeni internat məktəbi tikiləcək<span class="qirmizi"></span>

Naxçıvanda yeni internat məktəbi binası inşa olunacaq.

“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Sənəddə ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin əhatə dairəsinin genişləndirilməsi əsas hədəf kimi müəyyənləşdirilib və icra müddəti 2023-2027-ci illər üçün nəzərdə tutulub.

Yeni internat məktəbi binasının inşası ilə bağlı layihə sənədlərinin hazırlanması Naxçıvanın Nazirlər Kabinetinə tapşırılıb. Digər icraçı qurum isə Elm və Təhsil Nazirliyidir.

Məqsəd aztəminatlı və xüsusi himayəyə ehtiyacı olan uşaqların təhsil imkanlarının genişləndirilməsidir.

Mənbə: report.az