Elman Nəsirov Ərdoğanın qələbəsi ilə bağlı söz verdiyi QURBANLARI KƏSDİ

Elman Nəsirov Ərdoğanın qələbəsi ilə bağlı söz verdiyi QURBANLARI KƏSDİ<span class="qirmizi"></span>

Milli Məclisin deputatı Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə ötən gün doğulduğu və təmsil olunduğu Cəlilabad rayonunda qurban kəsib.

Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, bu barədə Elman Nəsirov özü məlumat verib.


Deputat bildirib ki, kəsdiyi qurbanlar əsasən ehtiyacı olan insanlara paylanılıb:

"Çox şadam ki, tutduğum sözün üstündə durdum. Ötən gün kəsdiyim qurbanları əsasən tanıdığım və ən çox ehtiyacı olan insanlara payladıq. Əsas hədəfimiz kasıb insanları sevindirmək idi".
 

Mənbə: bizim.media