Məktəbin dam örtüyü uçub, amma dərslər davam edir - FOTO

Məktəbin dam örtüyü uçub, amma dərslər davam edir - <span class="qirmizi">FOTO</span>

Son günlər ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti nəticəsində Ucar Rayon Bərgüşad kənd 1 nömrəli tam orta məktəbində dağıntılar olub.

Belə ki, güclü külək nəticəsində məktəbin dam örtüyü uçub.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bölgələrdə yağan yağış və əsən güclü külək idarənin tabeliyində fəaliyyət göstərən Ucar Rayon Bərgüşad kənd 1 nömrəli tam orta məktəbdə dağıntı və fəsadlara yol açıb:

“Belə ki, məktəbin dam örtüyü və divarındakı mişar daşları dağılıb, elektrik naqillərinə ciddi ziyan dəyib. Lakin bütün bunlara baxmayaraq, tədris prosesinin təşkili və şagirdlərin həyatına hər hansı ciddi təhlükə yaranmadığı üçün tədris prosesinin davam etdirilməsi məqsədəuyğun hesab edilib”.

Qeyd edilib ki, həmin tədris müəssisəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

 

Mənbə: oxu.az