Kürdəmirdə ağır QƏZA – FOTO

Kürdəmirdə ağır QƏZA – <span class="qirmizi">FOTO</span>

Kürdəmirdə avtomobil aşıb, sürücü ağır xəsarət alıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Zərdab-Kürdəmir yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü 1990-cı il təvəllüdlü, Sabirabad rayon sakini Əkbərov Vahid İbad oğlu “Mercedes” markalı avtomobillə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb və sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aprılır.







Mənbə: bizim.media