Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə<span class="qirmizi"></span>

Bu il Həcc ziyarətində 2,6 milyon zəvvarın iştirak edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Baş rəyasət heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib.

Məlumata görə, Səudiyyə Ərəbistanı qarşıdan gələn Həcc mövsümü ərəfəsində ən böyük əməliyyat planını açıqlayıb. Belə ki, COVİD-19 pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq zəvvarların sayına qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Bu il Həcc ziyarətində iştirak edəcəyi gözlənilən milyonlarla zəvvarlara kömək etmək üçün rekord sayda - 14 min heyət üzvü, eləcə də 8 mindən çox könüllü fəaliyyət göstərəcək.

Rəsmi qurumların açıqlamasından sonra Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə Həcc ziyarətinin iyunun 26-da başlanması gözlənilir.

Mənbə: axar.az