Taksi özbaşınalığının turizmə təsiri - VİDEO

Taksi özbaşınalığının turizmə təsiri - VİDEO<span class="qirmizi"></span>

Qarşıdan yay fəslinin gəldiyini və belə olan halda ölkəmizə ənənəvi turist axınını, həmçinin turizmin inkişafı üçün bir sıra dövlət proqramlarının olduğunu nəzərə alsaq deyə bilərik ki bu sahədə mühüm dəyişikliklərə ehtiyac var. Bunun başlıca səbəblərindən biri də taksi xidmətindəki özbaşınalıqdır desək yanılmarıq. Əcnəbi vətəndaşların ölkələrində görmədiyi taksi xaosunu gəlib ölkəmizdə görmələri turizmin inkişafına da böyük maneə törədə bilər. Paytaxtın və ayrı ayrı bölgələrin turizm potensialının artırılması istiqamətində işlərin getdiyi bir vaxtda hələ də kartla ödənişə öyrəşməyən, sərnişini yolun ortasında qoyan, dil bilgisi və dialoq mədəniyyəti olmayan, etik qaydalara riayət etməyən və sərnişinə normal qiymətdən daha baha bir məbləğ oxuyan taksi sürücüləri məhz turistlərin taksidən istifadəsinin qarşısını alan faktora çevrilir. Beynəlxalq transmilli şirkətlərin taksi siyasəti və fəaliiyyət göstərən pərakəndə taksilərin turizm ölkəsinə uyğun olmayan hərəkətləri də onlarda ölkəmiz haqqında mənfi təəssüratlar yaradır.

Ekspert həmçinin qanunsuz fəaliyət göstərən taksilərin də bu məsələdə böyük rolu olduğunu düşünür

Qeyd edek ki, son zamanlar fəaliyyət göstərən taksi şirkətləri və pərakəndə fəaliyyət göstərən taksi sürücüləri barədə ictimaiyyət xeyli narazalıq bildirir.

 

Mənbə: www.realtv.az