Cəlilabadın bu bölgəsində sabah qaz olmayacaq

Cəlilabadın bu bölgəsində sabah qaz olmayacaq<span class="qirmizi"></span>

Cəlilabad rayonunun Göytəpə şəhərində təbii qazın verilməsində məhdudiyyət yaranacaq.

Bu barədə Bizim.Media-nın Cənub bürosuna rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Göytəpə şəhərində 1300 abonenti təbii qazla təmin edən mövcud qaz tənzimləyici boru xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar sabah saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək təbii qazın verilişi dayandırılacaqdır.
Abonentlərdən diqqətli olmaları xahiş olunur.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

Mənbə: bizim.media