ABŞ-da fentanil və metamfetamin isifadəçilərinin sayı sürətlə artır.
“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılan videogörüntü ABŞ-dakı dəhşətli mənzərini bir daha gözlər önünə sərib. Sözügedən kadrlarda narkotikin təsirində olan onlarla vətəndaşın küçələrə səpələndiyi görünüb.
Məlumata görə, ABŞ-da yalnız fentanil səbəbiylə hər həftə 1500 insan həyatını itirir. Rəsmi sənədlərdə hər il 100 min amerikalının narkotik maddələrin təsrindən öldüyü bildirilsə də, real statistikada bu sayın 300 mini keçdiyi qeyd olunur.
Mənbə: azpolitika.info