İnternet kəsilir, şagirdlər onlayn hazırlıq dərslərindən qalır - Boradigah müəllimləri

İnternet kəsilir, şagirdlər onlayn hazırlıq dərslərindən qalır - Boradigah müəllimləri<span class="qirmizi"></span>

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup müəllimi və sakinləri Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə ölkənin ən böyük qəsəbələrindən olan bu yaşayış məntəqəsindəki internet problemilə bağlı müraciət ediblər.

Bizimyol.info xəbər verir ki, qəsəbə sakinlərinin nazir Rəşad Nəbiyevə etdikləri üraciətdə deyilir: “Hörmətli nazir, artıq xeyli müddətdir ki, Boradigah qəsəbəsinin internet təminatında ciddi problemlər yaşanır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir ki, bu həm ciddi problemə, həm də haqlı narazılığa səbəb olur.

Son günlər hava şəraitilə əlaqədar qəsəbədə yüzlərlə abonentin telefonu və interneti kəsilib. Boradigahda iki məktəb, bir xəstəxana fəaliyyət göstərir. Xeyli məktəbli onlayn hazırlıqdan geri qalır. Bundan əlavə qəsəbənin yüzlərlə sakini işlərilə əlaqəli ya qəsəbə, ya da ölkə xaricində yaşayır ki, internetdəki kəsilmələr onların da ailələrilə əlaqə saxlamasına ciddi problemlər yaradır.

Cənab nazir, bildiyimiz qədər keyfiyyətli internet imkanı verən “GPON” sistemi qəsəbəmizin yaxınlığınadək gətirilib.

Sizdən xahiş edirik, qəsəbəmizdə də analoji sistemin tətbiqinin sürətləndirilməsilə bağlı göstəriş versiniz”.

Redaksiyaya göndərilən müraciəti Əlövsət Hüseynov, Akif Cavadov, Ədalət Əhmədov, Məmməd Məmmədov, Vasif Məmmədov, Vaqif Şərifov, Böyükağa Zeynalov, Yasər Teymurov, Elçin Əhmədov və ümumilikdə 40 nəfər qəsəbə sakinləri imzalayıblar.

Mənbə: www.bizimyol.info