Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır

Şuşaya qayıdacaq əhalinin siyahısı tamamlanır<span class="qirmizi"></span>

Şuşaya köçürüləcək vətəndaşların siyahısı dəqiqləşdirilir. Yaxın zamanda bu proses yekunlaşacaq və köç prosesinə hazırlıq başlanılacaq.

Bu barədə Trend-ə özəl açıqlamasında Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

Onun sözlərinə görə, Şuşaya köç prosesi sürətli və ünvanlı davam etməlidir.

"Şuşada xəstəxana tikintisi yekunlaşır. Məktəb artıq yeni tədris ilinə hazır olacaq.

Qarabağda bərpa-quruculuq işləri çox sürətlə aparılır. Geri dönəcək əhali də bu prosesə cəlb olunacaq, quruculuğun canlı şahidi olacaq",- deyə xüsusi nümayəndə bildirib.

Milli.Az

Mənbə: news.milli.az