Baş Prokurorluqla Hesablama Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş Prokurorluqla Hesablama Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Azərbaycan Respublikası Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində memorandum imzalanıb.

Memorandumu Baş prokuror Kamran Əliyev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov imzalayıb.

Baş prokuror Kamran Əliyev deyib ki, prokurorluq bir çox qurumlarla memorandumlar imzalayıb. Bu sənəd isə Hesablama Palatası ilə əməkdaşlığı daha da möhkəmləndirəcək.

 

Mənbə: apa.az