Çinin MAKS-2019 sərgisində nümayiş etdirdiyi PUA-nın şassiləri sınıb

Moskvada keçirilən XIV Beynəlxalq Aviasiya-Kosmik Salonunda (MAKS-2019) Çinin nümayiş etdirdiyi yeni nəsil “Wing Loong II” pilotsuz uçan aparatı (PUA) sınıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, ekspozisiyanın açıq hissəsində nümayişi zamanı PUA-nın hər üç – bir ön və iki arxa şassisi sıradan çıxıb.

Gözlənilməz hadisənin baş verməsi səbəbləri barədə bir məlumat verilməyib.

Qeyd edək ki, “Wing Loong I” və “Wing Loong II” zərbə endirə bilən PUA-lar Çinin “Chengdu” aviakosmik şirkəti tərəfindən istehsal olunub. Ekspertlərin rəyinə görə, bu aparatlar dünya bazarı çərçivəsində öz sinfinin ən populyar silahlarından sayılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Stalin haqqında məxfi SƏNƏDLƏR - NKVD ÇEKİSTİNİN GÜNDƏLİYİ

SONRAKI XƏBƏR

Malidə binanın çökməsi nəticəsində 12 nəfər ölüb