DSMF-dən pensiyaların yubanması ilə bağlı - AÇIQLAMA

DSMF-dən pensiyaların yubanması ilə bağlı -

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması ilə bağlı açıqlama yayıb.

Fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib.

“Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə aprel ayının pensiyalarının ödənişi davam etdirilir. Aprelin 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, aprelin 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.

Hazırda güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının ödənişi davam edir. Aprelin 19-da maliyyələşmənin tam başa çatdırılması nəzərdə tutulub. Bununla da aprel ayı başa çatmamış aprel ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq”, - qurum rəsmisi əlavə edib.

Mənbə: qafqazinfo.az