“Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O bildirib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən də bəhs edib.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.
Zaur Mirzə
Mənbə: qafqazinfo.az