“Ay taxi” şirkəti ölkədə “QOÇULUQ” edir

“Ay taxi” şirkəti ölkədə “QOÇULUQ” edir

Taksi şirkəti yoxsa qoçu dəstəsi ?

Bu haqda sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

Belə ki, şirkətdən narazı qalan müştərilər şirkətə öz iradlarını bildirdikləri üçün şirkət əməkdaşları tərəfindən təhqir olunurlar.

Məsələnin ciddiyətini nəzərə alaraq saytmız tərəfindən sosial şəbəkələrdə mövzunu içtimailəşdirdikdən sonra “Ay taxi” şirkətinin rəhbəri kimi özünü təqdim edən şəxs redaksiyaya zəng vurub hədə-qorxu gələrək xəbərin silinməsini tələb edib. Əməkdaşlarımız həmin şəxsə KİV-haqqında qanunu xatırlatsa da “Ay taxi” rəhbəri kimi özünü təqdim edən şəxs əxlaq normalarına zidd şəkildə “Qoçuluq” edərək təhqir və şantajdan ibarət sözlərlə danışaraq təkidlə təcili xəbərin silinməsini tələb edib.

Bu kimi hallara şirkətin feysbuk səifəsində də şahid olmaq olar. Narazılığını bildirən müştərilərə kobud cavablar verilir. Şirkət insanlara hörmətsizlik etməyi və qoçuluğu adi hala çevirib.

 

 

 

Mənbə: www.interpress.az