Yəməndə son 4 il il ərzində davam edən müharibə səbəbindən 7500-dən çox dinc sakin həyatını itirib.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları Şurası komissarı Mişel Baçalet açıqlama verib.
Açıqlamada həyatını itirənlərdən 2 min nəfərinin uşaq olduğu vurğulanıb.
Sevinc Əliyeva
Mənbə: ordu.az