Göbbelsin 6 uşağını kim qətlə yetirdi - Araşdırma

Göbbelsin 6 uşağını kim qətlə yetirdi - Araşdırma

Tarixdə sirli qalan hadisələr çoxdur...

Onlardan biri də Jozef Göbbelsin uşaqlarının öldürülməsi ilə bağlıdır. Onları kim öldürüb?

Nasist Almaniyasının təbliğat naziri, Hitlerin ən yaxın dostlarından və ən sadiq tərəfdarlarından olan Jozef Göbbelsin altı uşağının zəhərlənərək öldürülməsi hadisəsi bu günə qədər sirr olaraq qalır...

Bu foto o uşaqların həyatlarının son günlərində çəkilib. 12 yaşındakı Helqa, 11 yaşındakı Hilde, 8 yaşındakı Holde, 6 yaşındakı Hedda, 4 yaşındakı Heide və ailənin yeganə oğlan uşağı olan 9 yaşındakı Helmut... Uşaqların hamısının adlarının “H” hərfi ilə başlamasının səbəbi atalarının Hitlerə sevgisindən irəli gəlirdi.

İl 1945. Berlin aprel ayının son günlərini yaşayır... Reyxkanselyariya binasının altında Hitlerin dar pasajlardan və dəmir qapılardan ibarət sığınacağı yerləşir. Burası o qədər də xoşagələn yer deyil, ələlxüsus uşaqlar üçün...

Çünki onlar bir neçə həftə əvvəl Berlindən çox uzaqda pişikləri və itləri ilə oynayırdılar...

Çünkü onlar, birkaç hafta önce Berlin'den çok uzakta, kedileri ve köpekleriyle oynuyorlardı...

İndi isə rus əsgərləri bir neçə addım uzaqlarındaydı; hamı Göbbels və həyat yoldaşına uşaqları daha etibarlı yerə göndərməyi tövsiyə edirdi. Bacarıqlı alman pilot Hanna Reitch xanım Göbellsə belə dedi: “Aman Allah! Xanım Göbbels, uşaqlar burda qala bilməz!”

Xanım Göbbels isə qərarında qəti idi: “Utanc içində və alçaldılaraq yaşamaqdansa ölməkləri yaxşıdır.”

Yaxınlaşmaqda olan sovet əsgərləri haqqındakı barbarlıq və zorlama ilə dolu söhbətlər Berlinə çoxdan yayılmışdı.

Ataları əgər sovet əsgərlərinin əlinə keçərlərsə uşaqların güclü təbliğat nəticəsində kommunist olacaqlarını düşünürdü və Hitlerin “Führerbunker” adı verilən sığınacağında sovetlərin təhqirlərindən qaçmaq üçün qərara gəlmişdilər ki, intiharı seçsinlər.

Göbbels Berlini tərk etmək barədə əmr alsa belə bunu etməyəcəyini bildirmişdi. Göbbels bunu “Özünəhörmət və insanlıq üçün!” etdiyini deyirdi. Üstəlik həyat yoldaşı və uşaqları da Fürerin bu müddət ərzində ən sadiq yoldaşı olan Göbbelsin sığınacaqda ölmək barədə verdiyi qərarı dəstəkləyirdilər.

Maqda və Jozef Göbbelslər ertəsi gün Helmut Kunz adlı diş həkiminə təlimat verdilər.

Kunzun vəzifəsi ailənin altı uşağına morfi vuraraq onları sakitləşdirmək, daha sonra ağızlarına sianid verərək uşaqları zəhərləmək idi.

Kunzun sonradan verdiyi ifadəyə görə uşaqlara sianid verən özü deyil, Maqda və Fürerin şəxsi həkimi Ludvig Stumpfegger idi.

Sığınacağın radio və telefon operatoru Roçus Misç həkim Stumpfeggerin uşaqlara dadlandırılmış dərman içirtdiyini Verner Naumandan eşitdiyini bildirib.

Bütün bunlar baş verdiyi zaman uşaqlara səhər Berxtesqadenə yola düşəcəkləri deyilib...

Maqda uşaqları inandırmışdı ki, onlara peyvənd vurulmalıdır. Yazıçı Ceyms P. O Donnellə görə Stumpfegger bu işin içində olsa da uşaqları öldürən Maqdadır. İddialara görə Maqda uşaqların öldürülməsini ən az bir ay əvvəldən planlaşdırmağa başlamışdı.

Ancaq Stumpfegger şahidlər üçün çox yaxşı hədəfdi, çünki o da bir gün sonra ölmüşdü. Maqda isə ölümün uşaqlar üçün daha faydalı olacağını düşünürdü.

Magda ise ölümün çocukları için daha yararlı olacağını düşünüyordu.

Maqda uşaqların atalarının əsrin ən böyük qatili olduğunu eşidə-eşidə böyümələrini istəmirdi və reinkarnasiyanın onlara daha yaxşı bir həyat verə biləcəyinə inanırdı.

Hanna Reitç sığınacaqda olduqları günlərdə Maqdanın ona belə dediyini xatırlayır: “Əgər uşaqlarımı öldürmə həddinə gəlsəm, geri addım atmaq üçün bir an belə düşünməyəcəyimlə bağlı mənə söz ver!”

Çox adam uşaqları Berlindən uzaqlaşdırmaq lazım olduğunu bildirsə də valideynləri bu təklifləri rədd edirdilər.

Uşaqların yaşları az olduğu üçün yaxınlaşmaqda olan təhlükədən xəbərsiz idilər. Yalnız ən böyükləri olan Helqa müharibənin sonu haqqında böyüklərin onlara yalan dediklərini hiss edir və gələcək barədə suallar verirdi.

Uşaqları sonuncu dəfə görən insanlardan biri Roçus Misçdir.

Misç uşaqların onun iş otağında stolun ətrafında oturduqlarını və analarının onların saçlarını daradığını və gecə paltarlarını geydirdiyini söyləyir. Misçin fikrinə görə uşaqların ən ağıllısı olan Helqa səssizcə ağlayır və hıçqırırdı.

"Misch, Misch, du bist ein Fisch!"

“Misch, Misch, du bist ein Fisch!” – 4 yaşındakı Heidenin məlum olan son sözləri bu oldu (“Misç, Misç, sən balıqsan!”) Daha sonra anaları uşaqları götürüb yuxarı mərtəbəyə çıxdı. Misç o zaman işlərin qaydasında getmədiyini anlayır, amma baş verənlərə müdaxilə etmədiyi üçün peşman olur.

Uşaqların cəsədləri əyinlərində gecə paltarı və saçlarında bantlar, yatdıqları iki mərtəbə çarpayıda tapılır.

Onları öləndən bir gün sonra sığınacağa girən Sovet əsgərləri tapıb. Helqanın bədənində göyümtül izlər var və belə çıxır ki, qız qatiliylə bir müddət mübarizə aparıbmış. Yəqin qatili ona sianid içirtmək istəyəndə etiraz edibmiş.

Heç kəs cinayətdə kimin məsuliyyət daşıdığını dəqiq bilmir. Bu hadisə dünyanın tarixinin qara ləkələrindəndir...

pia.az

Mənbə: pia.az