Nuri Paşanın 1920-ci ildə Böyük Britaniya mətbuatına verdiyi müsahibə

Bakının işğaldan azad edilməsinin 101 illiyinə sayğı və ehtiramla.

Aşağıdakı müsahibə Britaniya mətbuatını Birinci Dünya Müharibəsinin sonlarına yaxın Bakıda təmsil etmiş jurnalist Skotland Liddell tərəfindən Nuri Paşadan götürülmüşdür. İlk dəfə olaraq arxivlərdən taparaq, Azərbaycan dilinə tərcümə edərək, Azərbaycan oxucularına təqdim edirik.

THE GRAPHIC, 17 APRIL 1920

“ ÖZÜNÜ MÜDAFİƏ EDƏN TÜRK ”

Britaniyanın həbsinə bir milyon rubl mükafat təyin etdiyi Nuri Paşa ilə müsahibəni Skotland Liddell keçən il avqusutun əvvəllərində 1918 ci ildə Türk ordusunun Qafqazada baş komandanı olmuş Nuri Paşadan almışdı. O, Britaniya hakimiyyətinin Batumdakı həbsindən xilas edilmiş, onu ingilislərin şəhərdən ayrılması və sonrakı türk işğalı ilə nəticələnən Bakı qətliamları ilə bağlı ittihamlar üzrə ciddi hərbi tribunal gözləyirdi. Mən məqsədli olaraq “xilas edilib” cümləsini işlədirəm. Nuri hesab edir ki, qaçış tamamilə planlaşdırılmadan olub. Bir britaniyalı zabit və iki əsgərin nəzarətində o, Batumda stadion yaxınlığındakı məşq etmək üçün gəzintiyə çıxarkən bir neçə həftədir onu azad etmək üçün gözləyən bir qrup insanlar tərəfindən xilas edilib. İngilis əsgərləri dərhal onu azad etməyə gələnlərə atəş açıblar. Amma cavab atəşləri ilə həlak olublar, ingilis zabiti isə yaralı halda qaçıb Nuri və onu xilas edənlər kimi. Nurinin həbsi üçün Britaniya hakimiyyəti tərəfindən milyon rubl mükafat qoyulmuşdur, ancaq Qafqaz böyük yerdir və buranın geniş meşələrində və tənha dağlarında insan onu axtaran insan alaylarına gülə bilər. Mükafat indiyədək tələb edilməmiş olaraq qalır. Mənim beş aydır izində olduğum Nuri Paşa ilə yenicə müsahibəm oldu. Haradasa “Transqafqazda” mən bugün onunla danışdım. O, özünü mənə təqdim etdi. Sadəcə “Nuri” dedi və biz əl sıxışdıq. Uzun müddət mən bu fikirdə idim ki, Nuri heç də onu təsvir etdikləri kimi çox qara (yəni cinayətkar) deyildir. Mənim ilk təəsssüratım bu inamı təsdiqlədi. O, doğrudan da cinayətkar deyildir. Budur, otuz bir yaşlı yaraşıqlı, incə, orta hündürlükdən yüksək, çox səliqəli şəkildə Avropa paltarları geyinmiş səhər paltosu, tünd zolaqlı şalvar, qanad yaxalığı və ehtiyatla bağlanmış ipək qara qalstukda olan insan. Nuri öz yaşından yaşlı görsənir. Onun öndən düz arxaya daranmış baxımlı saçları artıq ağarır, artıq balaca, səliqəli başının hər iki tərəfi ağdır. Söz gəzirdi ki, o saqqal saxlayib amma o kiçik hərbi bığı istisna olmaqla, təmiz təraşlı idi. Qaşları çox aralı üzü kədərli yorğun insanın sifəti idi: yaxşı formalı ağzı və möhkəm çənəsi güclü insan təsiri bağışlayır və qalın qaşları altındakı tünd gözləri alovlu şəkildə diridir. Bizim söhbətimiz fransız dilində oldu.

Mənim ilk suallarım Bakı hadisələri ilə bağlı oldu. “Mən Bakı barədə danışmazdım” deyə Nuri dedi: “lakin siz mövzunu açmısınız.” Mən onu deyə bilərəm ki, mən öz vəzifə borcumu yerinə yetirdim. Mən öz vicdanımda günahkar deyiləm. Bakıya hücum etdiyimiz 14 Sentyabr tarixində bizim çox az 5.000 nəfərlik Türk ordumuz var idi. Düşmənin isə Bakıda 30.000 qüvvəsi və doqquz zirehli maşını var idi. Axşama doğru bizim qüvvələrimiz şəhərin əsas yüksəkliklərini ələ keçirdi. Axşam britaniyalılar şəhəri tərk etdilər. Mənim gözləntilərimin əksinə növbəti gün düşmən təslim olmadı və ermənilər şəhərin kənarında müdafiə mövqeləri tutdular və döyüşlər yenidən başladı və təxminən saat ikiyədək davam etdi. Döyüşün sonlarına yaxın hansı ki şəhərin kənarında baş tutdu. Yerli müsəlman əhali ( azərbaycanlılar) bizim nizami hissələrimiz şəhərə girməmişdən artıq qaçmaqda olanları qətliam etməyə başladılar. Yerli müsəlmanlar (azərbaycanlılar) tərəfindən bu cür hərəkətlər hardasa başadüşülən idi, ona görə ki, 18 Mart 1918 ci ildə ermənilər 10.000 dən çox müdafiəsiz müsəlmanı qətliam edərək çoxlu müsəlman (azərbaycanlı) evlərini, məscidlərini və hospitallarını yandırmışdılar. Ağır döyüşlər dayananda və demək olar ki, atışma dayanmışdı mən iki alayıma şəhərə girib əhalinin təmsilçiləri ilə danışıqlar aparmağı əmr verdim. Ona görə ki, şəhərdə hakimiyyət yox idi. Mən Bakıya girəndə küçələrdə ölü cəsədlər gördüm və başa düşdüm ki, mənim göstərişlərimə baxmayaraq istənməyən hadisələr baş verib. Şam yeməyini yediyim Metropol Hoteldə mən əmin oldum ki, şəhər geniş olduğundan mənim tətbiq etdiyim tədbirlər yetərsizdir və komendanta əmr etdim ki, yaxşı zabitlərin rəhbərliyində on maşından ibarət silahlı əsgərlərdən ibarət hissələr təşkil edərək şəhərdə asayişin patrulunu həyata keçirsinlər və ən ciddi qərarları belə qəbul etsinlər, bütün qarətçiləri və qatilləri hadisə yerindəcə iş başında güllələsinlər. Nəticə olaraq həmin günü təxminən 60 yerli müsəlman (azərbaycanlı) güllələndi, başqa bir o qədəri və ya çoxu edam edildi.

Mən Nuriyə deyəndəki iddia olunur ki, bu qətliamların qarşısı alına bilərdi. o, belə cavab verdi:

“Bu mümkün deyildi. Mən vəzifə borcumu yerinə yetirdim. Mən bacardığım hər şeyi etdim. Kiçik bir qığılcım bir çəmənliyi yandıra bilər. Lakin, yanğına səbəb olan alovları söndürənə kimi böyük bir hektar məhv olacaqdır. Mən müntəzəm olaraq hər şeyi etmişəm ki, qətliamların qarşısını alım. Məsələn, biz Yelizavetpola(Gəncə) girəndə ermənilər bizim onlarla əsgərimizi öldürmüşdülər. Səhər biz onların ölmüş cəsədlərini şəhərin bir neçə yerində tapdıq. Biri yandırılaraq öldürülmüşdü, digəri qulaqları və burnu kəsilmişdi, üçüncünün qollarının əti elə kəsilmişdi ki sümükləri görünürdü və sair. Mənim baş komandan kimi həqiqi borcum günahkarların həbs edilməsinə göstəriş vermək idi. Ancaq mən bilirdim ki, axtarışlar çox dəhşətli qisasçı qətliamlar ilə nəticələnə bilər və buna görə də təşkil etdim ki, öldürülmüş əsgərlərin xatirəsinə abidə qoyulsun və bu məsələ ilə bağlı tədbirlər görülməsin.

Qaçışından sonra işğalçı könüllülərə qarşı mübarizə aparan Dağıstan xalqı Nuriyə müraciət edərək onların köməyinə gəlməyə çağırıblar. “Mən azadam. Mən sizə kömək edəcəm.” deyə o cavab verib. Bugün o hələ də öz öz müsəlman yoldaşlarına Şimali Qafqazda kömək edir. O, hədsiz dərəcədə məşhurdur. Milyon rubl mükafatın qoyulması mümkün deyildir ki, hansısa müsəlman tərəfindən qazanıla. Nuri mənə öz populyarlığının səbəbini izah etdi.

“Mən insanın hüqularına hörmət edir və qoruyuram, həttə ən kiçiyini belə. Birini başa düşmək üçün özünü gərək onun yerinə qoyasan. Bu mənim sistemimdir. Fransızca: Le droit tojours le droit (yəni doğru hər zaman doğrudur.) Sizin Britaniyalı şüarınız necədir? – Dieu et Mon Droit ( Tanrı və mənim hüququm)…. İngilis dövləti insan hüquqlarından yanadır. İngilis dövləti başqa dövlətlərində hüquqlarından yana olmalıdır. Nəyə görə hər kəsə azadlıq var amma Türkə yox? Müttəfiqlər Smyrna-nı (indiki İzmir) yunanlara verirlər. Hansı səbəbdən? Smyrna da yunanlardan altı dəfə çox türk sakinlər var. Müttəfiqlər həmçinin Adananı da bizdən almaq istəyirlər. Eyni məsələ…. Biz artıq çox şey itirmişik. Smyrna və Adana bizim son mövcud olan zənginliklərimiz idi. Biri deyir ki, Konstantinople də itiriləcək. Əgər bu şayələr doğru olsa bizim limanımız olmayacaq. Yaşamaq mümkün deyil. Bizim itirməyə çox şeyimiz var. Biz işləyəcəyik. Ancaq zəngin regionları itirəndən sonra biz Anadolunun məhsuldar olmayan dağlarında işləyəcəyik. Mən heçnə yox, millətçiyəm. Əmin olun bütün düşünən türklər millətçidirlər. Onlarla oynayırlar. Türkiyənin hüquqları- mən başqa heç nə barədə düşünmürəm. Biz millətçilər Türkiyə dövəlti üçün işləmək istəyirik. Əgər bizə buna icazə verilsə biz bütün qəlbimizlə sizinləyik. Amma bütün qəlbimlə mən, kim mənim ölkəmə qarşıdırsa onlara qarşıyam. Türkiyəyə yaxşı olan mənim dostumdur- Türkiyəyə qarşı düşmən olan mənim düşmənim. Başqa heçnə ! Biz öz hüquqlarımız üçün mübarizə edəcəyik və siz əmin ola bilərsiz ki, biz mübarizə etməyə davam edəcəyik. Əlbəttdə insanlar mələk deyillər. Bizim öz səhvlərimiz vardır, ancaq Türk dövləti hər zaman mövcud olmuşdur. Bəlkə də hələki biz Avropalılar kimi mədəniyyət üçün çalışmamışıq. Bu bizim keçmişdəki faciəvi taleyimizdir çünki, bizi dinc yaşamağa və kreativ düşünməyə qoymayıblar.

Hər zaman bir müharibədən o birisinə vaxtımız gedib. Məsələn, nəyə görə biz bu müharibəyə girmişik ? Mən bilmirəm. Bu bir səhv olmuşdur. Biz özümüz üçünük lakin, biz İngiltərə üçün çox faydalı ola bilərik. Türklər və müsəlmanlar Hindistan üçün divar ola bilərlər. İngilis dövlətinin dünyanın hər yerində nüfuzu vardır. Hər şey mümkündür, əgər bu İngiltərənin arzusu olacaqsa. Əgər İngiltərə Türkiyəyə kömək edəcəksə və əgər İngiltərə Türkiyəyə öz hüquqlarını verəcəksə- mən hesab edirəm ki, bizim dostluğumuz onun üçün mümkündür. Nuri Paşa səmimidir. Mənim kiçikdə olsun bu barədə şübhəm yoxdur. O, içmir- çəkmir o həqiqi müsəlmandır. Bəlkədə öz sevimli Türkiyəsi ilə edilən rəftar üzündən bir balaca acıqlıdır. Lakin, onun davamlı vətənpərvərliyi təqdirə layiqdir. Müsəlmanlar ona and içirlər. Əvvəl fikirləşdiyimdən daha çox hesab edirəm ki, ona qarşı olan ittihamlar çox şişirdilmişdir. Mən başa düşürəm ki, ona qarşı real sübut yoxdur. Ona görə də mən çağırıram ki, ona qarşı olan ittihamlar yenidən araşdırılsın, işinə yenidən baxılsın baxmayaraq ki, özü çox uzaqda olacaqdır.

Müsahibəni aşkar edib, ingiliscədən dilimizə tərcümə edən Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin Beynəlxalq insan hüquqları üzrə eksperti, Böyük Britaniya üzrə təmsilçisi, Siyasi analitik Rüfət Əhmədzadədir.

sozcu.az

Teref.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyənin NATO-da qalıb-qalmayacağı məsələsi gündəmdədir” – EKSPERT

SONRAKI XƏBƏR

Övladları birinci sinfə gedəcək valideynlərə 7 məsləhət