Cənub zonasının demoqrafiya məsələlərinə dair yeni kitab çapdan çıxıb

Cənub zonasının demoqrafiya məsələlərinə dair yeni kitab çapdan çıxıb

Bakı, 11 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu insan coğrafiyası istiqaməti əməkdaşlarının “Lənkəran-Astara iqtisadi-coğrafi rayonunda demoqrafik inkişaf problemləri və əhalinin məskunlaşması” adlı yeni kitabı çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ikinci nəşr olan və 4 fəsildən ibarət monoqrafiyada Azərbaycanın cənub regionunda əhali məskunlaşmasının müasir vəziyyəti, onun dinamikasına təsir göstərən təbii-coğrafi və sosial-iqtisadi amillər təhlil olunur. Kitab rəngli şəkillər, xəritə və cədvəllərlə müşayiət olunur.

Monoqrafiya əhali coğrafiyası, demoqrafiya, iqtisadi coğrafiya ilə məşğul olan elmi işçilər, ali məktəb tələbələri (bakalavr və magistrlər), regional planlama ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

Kitabın baş redaktoru akademik Ramiz Məmmədov, elmi redaktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənovdur.

Mənbə: azertag.az