“Valiо” şirkəti qutularının zay olması səbəbindən uşaq südü partiyasını geri çağırıb

“Valiо” şirkəti qutularının zay olması səbəbindən uşaq südü partiyasını geri çağırıb

Stokholm, 11 sentyabr, AZƏRTAC

Finlandiyanın iri süd məhsulları istehsalçısı “Valiо” şirkəti qutularının zay olması səbəbindən uşaq südü partiyasının geri çağırıldığını elan edib.

AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, südəmər körpələr üçün “Tuuti” markalı məhsul yararlılıq müddəti 2020-ci il yanvarın 3-dək olan 1 litr həcmində süd qablaşdırmasından ibarətdir. Qablaşdırmada problem olan məhsulun keyfiyyətini itirə biləcəyindən ehtiyat edən şirkət istehlakçıları aldıqları məhsulu geri qaytarmağa çağırır.

Şirkət əmin edir ki, başqa ölçülərdə qablaşdırmalarda olan süd məhsulları istifadəyə yararlıdır. Bununla belə, alıcılara qablaşdırmanın qeyri-adi qabarıqlığı, məhsulun xoşagəlməz qoxusu və ya dadı ilə bağlı xəbərdaredici işarələrə diqqət yetirmək tövsiyə olunur.

Qeyd edək ki, şirkət bu problemi üzə çıxarandan sonra qüsurlu qablaşdırmada olan məhsulu tələm-tələsik geri çağırıb, alıcılara məhsulu mağazaya qaytarmağı və pullarını geri almağı məsləhət görüb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az