Azərbaycanlı Rusiyada təhsil sahəsində göstərdiyi xidmətə görə medalla təltif edilib

Azərbaycanlı Rusiyada təhsil sahəsində göstərdiyi xidmətə görə medalla təltif edilib

Rusiya Təhsil Akademiyasının Rəyasət Heyətinin iclası zamanı Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) rektoru, professor Vaqif Bayramovu Akademiyanın “Yüksək xidmətə görə” medalı ilə təltif edilib.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, mükafatı Rusiya Təhsil Akademiyasının prezidenti Yuriy Zinçinko təqdim edib.

Çıxışında Vaqif Bayramov bildirib ki, bu medal Rusiya Təhsil Akademiyasının ən yüksək mükafatıdır. O, əməyinə verilən qiymətə görə təşəkkür edib.

“Rusiyada Təhsil Akademiyasının “Yüksək xidmətə görə” medalı təhsil sahəsində akademiyanın ən yüksək mükafatıdır. Mükafata layiq görülənlər təhsil sahəsində xidmət göstərənlərdir. Mən 14 ildir ki rektoram, təhsil sistemində isə 35 ildir ki fəaliyyət göstərirəm. Mənim əməyimə verilən qiymətə görə minnətdaram və bundan sonra da mən öz fəaliyyətimi yeni bir səviyyəyə çatdırmaq niyyətindəyəm” deyə Vaqif Bayramov bildirib.

İqbal Rüstəmov

Mənbə: report.az