Pilot Atlantik okeanın üzərində qəhvəni aşırdı  – layner təcili eniş etdi...

Pilot Atlantik okeanın üzərində qəhvəni aşırdı  – layner təcili eniş etdi...

337 nəfəri daşıyan sərnişin layneri uçaq komandirinin rabitə panelinə qəhvə tökməsindən sonra təcili eniş etmək məcburiyyətində qalıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb. Təyyarə qəzalarının araşdırılması departamenti 6 fevral 2019-cu ildə hadisənin auditini başa çatdırıb. “Condor Airlines Airbus A330-243” təyyarəsi Almaniyanın Frankfurt şəhərindən Meksikanın Kankun şəhərinə uçuş həyata keçirib. Təyyarə Atlantik okeanın üzərindən keçəndə pilotlara isti qəhvə verilib. Kapitan içkini masanın üstünə qoyub, lakin təsadüfən stəkanı aşırıb. İçkinin bir hissəsi səs rabitə idarəetmə panelinə tökülüb. Qəhvə o qədər isti olub ki, löhvədəki düymələri əriməyə başlayıb. Kabinədə tüstü yaranıb, ekipaj oksigen maskaları taxmalı olub. Hadisənin səbəb olduğu rabitə problemlərinə baxmayaraq pilotlar İrlandiyanın Şennon şəhərinə təcili eniş tələb edə bildilər. Eniş normal keçib. Bu hadisədən sonra şirkət ekipaj üçün içkilərin verilməsi təlimatına yenidən baxıb. İndi qəhvə stəkanına qapaq yapışdırılır.

Sultan Laçın

Mənbə: moderator.az