"Ermənistan parlamentindən o əski parçaların götürün" - Erməni blogerdən tələb

"Ermənistan parlamentindən o əski parçaların götürün" -

“Ermənistan parlamentinin iclas zalında qondarma, olmayan bir dövlət adlandırılan Artsaxın əski parçası olan bayraqları sərgilənməkdə davam edir. Yəqin ki, hamı bilir ki, Azərbaycan tərəfi bunu Ermənistan rəhbərliyinin addımı kimi görür və Azərbaycana qarşı ərazi iddiası tələbi kimi baxır”

Bu açıqlamanı, jurnalist və bloger Nataly Aleksanyan özünün “facebook”sosial şəbəkəsində paylaşıb.

Aleksanyan bildirir ki,sülh prosesinin aparıldığına görə, bu əski parçaları gec-tez parlamentdən yoxa çıxacaq, lakin uzun müddət uzansa, Azərbaycan müvafiq tələblə çıxış edəcək. Sonra yenə danışmağa başlayacaqlar ki,Nikol Paşinyan İlham Əliyevin tələbləri ilə bunu edir:

“Azərbaycanın bu əsas faktla bağlı rəsmi tələb yaratmasına səbəb olmasın. Öz təşəbbüskarınız olun. Ermənistan parlamentində dövlət bayrağından başqa heç bir bayraq nümayiş etdirilməməlidir. Parlamentimizi təmizləyin, xüsusən də qondarma Artsaxın hər hansı dövlət nümayişinin Ermənistanın dövlətçiliyi üçün birbaşa təhlükə olduğunu deyəndə.

Mən başa düşürəm ki, Xankəndində İlham Əliyevin dağıtdığı qondarmaçıların tikdiyi saray Ermənistan müxalifəti üçün ağır bir zərbədi”

Mənbə: veteninfo.az